“O, müharibəni başa düşmür” - Papanı hədəfə aldı

o-muharibeni-basa-dusmur
Oxunma sayı: 744

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonun dünyadakı hərbi-siyasi prosesləri, xüsusilə İrandakı vəziyyəti düzgün qiymətləndirə bilmədiyini iddia edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinə müsahibəsində danışıb.

Ağ Ev rəhbəri bildirib ki, Roma Papası müharibə və beynəlxalq təhlükəsizlik mövzularında danışmaqdan çəkinməlidir:

“Onun nə baş verdiyi barədə heç bir fikri yoxdur. Papa başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb. O, müharibəni başa düşmür”.

Xatırladaq ki, bu, tərəflər arasında ilk qarşıdurma deyil. Daha əvvəl də Tramp Roma Papasını ABŞ-nin Yaxın Şərqdəki hərbi addımlarını dəstəkləmədiyi üçün tənqid atəşinə tutmuşdu. Hətta o, Papanın dünyadakı mövqeyinin məhz Amerikanın gücü sayəsində qorunduğuna eyham vurmuşdu.

Roma Papası XIV Leo isə ABŞ Prezidenti ilə polemikaya girmək niyyətində olmadığını bildirib. O, Trampın tənqidlərinə baxmayaraq, sülh çağırışlarını davam etdirəcəyini və müharibənin hər növünə qarşı çıxış etməyə sadiq qalacağını vurğulayıb.