Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd sakini İlqar Həsənovun evinə qonaq olub.
“Qafqazinfo”nun məlumatına görə, burada dövlət başçısı və ev sakinləri arasında maraqlı söhbət baş tutub.
Qadın sakin: Bizim eşitdiyimiz o bomba səsini, güllə səsini bu uşaqlar bir daha eşitməsinlər.
Prezident İlham Əliyev: Eşitməyəcəklər.
Kişi sakin: Ali Baş Komandanımız onlara elə bir dərs verdi ki, onlar bir daha ayağa qalxan deyillər.
Prezident İlham Əliyev: Bu, şanlı tariximizdir. Əlbəttə, Zəfər tarixi qürur mənbəyimizdir. Elə igidlər hesabına biz torpaqlarımızı azad etdik.
Kişi sakin: Sizin sayənizdə, “dəmir yumruğ”un sayəsində.
Qadın sakin: Mən daha çox qürurluyam. Çünki həm hərbçi bacısıyam, həm də şəhid bacısıyam.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Həm də həyat yoldaşım hərbçidir.
Prezident İlham Əliyev: Xocavəndin, Füzulinin azad olunmasında iştirak edib və yüksək təltiflərlə də mükafatlandırılıb.
Qadın sakin: Bəli, Sizin imzanızla. Çox sağ olun.
Prezident İlham Əliyev: İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik.
Qadın sakin: Sayənizdə, cənab Prezident. Bunların hamısı sayənizdə oldu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.
Son xəbərlər
Son Xəbərlər