Obama 11 milyon dollara malikanə aldı

obama-11-milyon-dollara-malikane-aldi
Oxunma sayı: 2194

ABŞ-ın sabiq prezidenti Barak Obama yeni malikanə alıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Massaçusets ştatında yerləşən malikanənin qiyməti 11 milyon dollardır.

Obamanın yeni malikanəsi Atlantik okeanı sahillərindəki Martas-Vinyard adasında yerləşir və sahəsi 650 kvadratmetrə yaxındır.

Qeyd olunur ki, sözügedən malikanə əvvəllər “Boston Seltiks” basketbol komandasının sahibi Uayklif Qrausbekə məxsus olub.