Oğlunu döyən müəllimdən polisə şikayət etdi- - Bakıda+Fotolar

oglunu-doyen-muellimden-polise-sikayet-etdi-
Oxunma sayı: 4387


“Qafqazinfo” xəbər verir ki, idarədən APA-ya verilən məlumata görə, Sabunçu rayon sakini Nuranə Həsənova fevralın 10-da 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 7-ci sinif şagirdi olan oğlu Orxan Həsənov təhsil aldığı 90 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən döyülüb.

Polisdən vətəndaşın ərizəsi ilə bağlı araşdırma aparıldığı bildirilib.

***

Atası Lent.az-a verdiyi açıqlamada bildirir ki, Orxanı Sabunçu rayon 3 saylı xəstəxanaya çatdırıblar. Baş vermiş hadisəylə bağlı Sabunçu rayonu Polis İdarəsinin 12 saylı polis bölməsində olublar. Atasının izahatı alındıqdan sonra ekspertizanın rəyinə əsasən faktla bağlı işə baxılacaq.

M. Həsənov onu da əlavə edib ki, Orxanın bədəni hələ də gömgöydür, barmaqları isə yaxşı işləmir. Ən pisi də odur ki, o, daha məktəbə getmək istəmir.

Orxanın sinif rəhbəri Bəyimxanım Hacıyeva  açıqlamasında döyülmə faktını təsdiqləyib: “Bəli, döyüb. Özü də necə? Uşağı qapqara qaraldıb. Vəhşicəsinə. Daha əvvəl də belə şeylər edib.  Kim şikayət edirsə, “arxam doludur, nə bilirsiniz edin”, deyir”.

Məsələ ilə məktəbin direktoru Qurbantac Qazıbəyova ilə də əlaqə saxladıq. Direktor açıqlamasında E. Cəbrayılovun hərəkətini pisləyib: “Mən bir məktəb direktoru kimi ona töhmət elan etmişəm. Şifahi də danladım. Onunla söhbətim də olub. İş polisdədir. Polis də qərarını çıxarsın, baxarıq. Təhsil İdarəsinə də müraciət etmişəm. Mən heç bir uşağımın döyülməsini, ona qarşı zorakılıq tətbiq olunmasına qarşıyam. Orxan çox tərbiyəli uşaqdır. Uşaq uşaqdır. Tərbiyəli, ya tərbiyəsiz. Heç kimin ixtiyarı çatmır onu döyməyə”.