Oğlunun ölümünə dözmədi, 1 gün sonra intihar etdi - Bakıda dəhşət

oglunun-olumune-dozmedi-1-gun-sonra-intihar-etdi
Oxunma sayı: 737

Axşam saatlarında Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində intihar hadisəsi baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, 55 yaşlı Nuriyev Nəriman Hüseynağa oğlu sirkə turşusu içərək özünə qəsd edib.

Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

Qeyd edək ki, N.Nərimanın yeganə oğul övladı hadisədən bir gün əvvəl xəstəlikdən vəfat edib. Mərhum ata ölümündən əvvəl qohumlarına oğlunun həsrətinə dözə bilmədiyini və özünü öldürəcəyini deyib.