Öldürülən 16 yaşlı qızın kimliyi məlum oldu - Yenilənib

oldurulen-16-yasli-qizin-kimliyi-melum-oldu
Oxunma sayı: 13807

Azərbaycanda dəhşətli qətl törədilib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə bir az əvvəl Abşeron rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı qızın başını kəsərək öldürüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

***

12:47

Bu gün səhər saatlarında Abşeron rayonu Hökməli qəsəbəsində qətlə yetirilən qızın kimliyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətlə yetirilən yeniyetmə qəsəbə sakini, 12 dekabr 2006-cı il təvəllüdlü H. Rəcəbovadır.

Hadisə qəsəbə məscidinin qarşısında baş verib.

Belə ki, gənc oğlan 16 yaşlı qıza hücum edərək bıçaqla onun boğaz nahiyəsinə ağır xəsarət yetirib.

H.Rəcəbova xəstəxanaya çatdırılsa da, vəfat edib.

Bildirilir ki, hadisəni törədən şəxs qaçsa da, onun kimliyi müəyyən edilib. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.