Ölkədə pensiya alanların 57%-i qadınlardır

olkede-pensiya-alanlarin-57-i-qadinlardir
Oxunma sayı: 1500

Ölkə üzrə 1,1 mln. pensiyaçının 57%-i qadın, 43%-i kişidir.

“Qafqazinfo” xəbər verir ki, bu nəticəni Dövlət Sosial Müdafiə Fondu açıqlayıb.

Bildirilib ki, aylıq əsaslarla sosial müavinət alan 446 mindən çox şəxsin 51%-i kişi, 49%-i qadındır.

Aylıq əsaslarla təqaüd alan 395 min nəfərdən çox şəxsin isə 68%-i kişi, 32%-i qadındır.