Ölkəyə dərman gətirilməsi asanlaşacaq

olkeye-derman-getirilmesi-asanlasacaq
Oxunma sayı: 2950

Dərmanların Azərbaycana gətirilməsi sadələşdiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Deputat qeyd edib ki, hökumət bununla bağlı yeni sənəd hazırlayır: “Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilib. Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı həmin sənədin hazırlanmasında təcrübəli şəxslərin fikirlərinin öyrənilməsinə diqqət çəkmişdi. Yəqin ki, sənəd hazırlanır və lazımi mərhələdə komitə üzvləri də dəvət olunacaq. Hesab edirəm ki, bu işlər dərmanların Azərbaycana gətirilməsini sadələşdirəcək və bundan sonra qiymətlərin də aşağı düşməsi mümkün ola bilər”.