Ölümcül virus yayılmaqda davam edir

olumcul-virus-yayilmaqda-davam-edir
Oxunma sayı: 2247

Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə yayılmaqda davam edir.

“Qafqazinfo”nun “Rai Radio 1”ə istinadən məlumatına görə, Sinqapur, Vyetnam və Səudiyyə Ərəbistanından sonra İtaliyada da virusa yoluxma halı qeydə alınıb. Ölkənin cənubunda yerləşən Bari şəhərində qadın zökəm, öskürək və yüksək hərarət simptomları ilə yerli xəstəxanaya müraciət edib.

Radiostansiya qeyd edir ki, söhbət bu yaxınlarda Şərq ölkələrində konsert verərək İtaliyaya qayıdan müğənnidən gedir. Səhiyyə Nazirliyinin normativlərinə əsasən, pasiyent izolyatora yerləşdirilib. Ondan lazımi analizlər götürülərək Romanın Spallantsani Milli İnstitutuna göndərilib.