Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu

omer-asiriminda-herbi-masin-qezaya-dusdu
Oxunma sayı: 4354

Azərbaycan Ordusuna məxsus hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə yanvarın 28-də Murov dağı istiqamətində yerləşən Ömər aşırımında qeydə alınıb.

Nəticədə iki hərbi qulluqçu həlak olub. Onlar Ramiz Mustafayev və Alıxan Qaragözovdur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyindən faktı təsdiq ediblər.