“Mart ayında keçirilmiş buraxılış imtahanlarında məzunların arasında 200 baldan yuxarı nəticə toplayanların sayı 16%-dir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu nəticəni yaxşı hesab etmək olar: “Bu il 67 min şagird ali təhsil üçün sənəd verib. Lakin imtahanlarda iştirak edənlərin sayı 90 minə yaxındır. Bu o deməkdir ki, buraxılış imtahanında iştirak edən şagirdlərin hamısı ali məktəbə sənəd verməyiblər.
200-dən yuxarı bal toplayanlar arasında da ali məktəbə sənəd verməyənlər var. Biz bununla bağlı Təhsil Nazirliyinə siyahı hazırlayıb vermişik. Çünki bu uşaqlar çox şanslıdır. Onlar fərqlənirlər və ali məktəbə qəbul olmalıdırlar. Ola bilsin ki, bu şagirdlər tələbə krediti vasitəsilə ali məktəbə sənəd verə bilərlər”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər