“Onlar ilbiz sürəti ilə irəliləyirlər” - Rutte

onlar-ilbiz-sureti-ile-irelileyirler
Oxunma sayı: 849

NATO-nun Baş katibi Mark Rutte 62-ci Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiyanın Ukraynadakı hərbi irəliləyişini kəskin tənqid edərək, Kremlin hərbi gücü ilə bağlı yaradılan mifi hədəf alıb.

“Qafqazinfo” xəbər verir ki, Alyans rəhbəri Rusiyanın döyüş meydanındakı sürətini ilbiz ilə müqayisə edib.

“Ruslar istəyirlər ki, biz onları qüdrətli ayı kimi qəbul edək. Lakin Ukraynada onlar, demək olar ki, ilbiz sürəti ilə irəliləyirlər. Bunu unutmamalı və Rusiya təbliğatının tələsinə düşməməliyik”, – deyə Rutte vurğulayıb.

Baş katib çıxışında Rusiyanın verdiyi canlı qüvvə itkilərinə də diqqət çəkib. O qeyd edib ki, işğalçı tərəf cəbhədə ciddi itkilər verməkdə davam edir. Ruttenin təqdim etdiyi statistikaya əsasən, Rusiya ordusu ötən ilin dekabrında 35 min, 2026-cı ilin yanvar ayında isə 30 min hərbçisini itirib.

Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransında Ukraynaya hərbi yardımın artırılması və Avropanın müdafiə sənayesinin gücləndirilməsi əsas müzakirə mövzularıdır.