Qəzzada “Nuxba”nın komandiri zərərsizləşdirildi

qezzada-nuxbanin-komandiri-zerersizlesdirildi
Oxunma sayı: 313

Qəzza zolağının cənubundakı Xan Yunisdə keçirilən hava zərbəsi nəticəsində “İslami Cihad” hərəkatının “Nuxba” xüsusi təyinatlı bölüyünün taqım komandiri Məhəmməd Xəlil Əsləmin öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.

Bildirilib ki, Əsləm 2023-cü il oktyabrın 7-də İsrailə edilən hücumda və israilli mülki şəxslərin girov götürülməsində iştirak edib. Məlumata görə, o, son aylarda da ÇAXAL hərbçilərinə və İsrail mülki əhalisinə qarşı hücumlar təşkil edib.

Xatırladaq ki, İsrail ordusu iyulun 8-də də Qəzza zolağının cənubunda “Nuxba” xüsusi bölməsinin rəhbəri Məhəmməd Əbu Taimin öldürüldüyünü açıqlamışdı.