“Onlar yaxın günlərdə Qəzzanı tərk edə biləcəklər”

onlar-yaxin-gunlerde-qezzani-terk-ede-bilecekler
Oxunma sayı: 2612

ABŞ Prezidenti Co Bayden Amerika vətəndaşlarının yaxın günlərdə Qəzza sektorunu tərk edə biləcəklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“ABŞ rəhbərliyi sayəsində biz yaralı fələstinlilərin və əcnəbilərin Qəzzadan sərbəst çıxışına zəmanət verdik. Biz Amerika vətəndaşlarının bu gün ölkəni tərk etmələrini gözləyirik və yaxın günlərdə daha da çox insan oranı tərk edə biləcək”, - ABŞ lideri qeyd edib.