Onları qızın eks-sevgilisi öldürüb - 2 gün meyitlərlə qalıb

onlari-qizin-eks-sevgilisi-oldurub
Oxunma sayı: 7216

Yeni il günü Ukraynanın Xarkov şəhərində öldürülən türkiyəli tələbələr Zeynəb Hüsünbəy və Buket Yıldızın qətlinin bəzi detalları üzə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 22 və 20 yaşlı qızları Buketin keçmiş sevgilisi Hüsnü Can Ç.-nin öldürdüyü məlum olub. O, 31 dekabr günü tələbələrin yaşadığı mənzilə gələrək əvvəlcə Buketi öldürüb, daha sonra  mağazadan evə qayıdan Zeynəbi qətlə yetirib. 

Qeyd edək ki, 20 yaşlı qatil cinayəti törətdikdən sonra 2 gün cəsədlərlə eyni evdə qalıb. Polis yanvarın 2-si Ukraynadan Türkiyəyə qayıdan Hüsnü Canın axtarışlarını aparır.

Aysel Kərimova