“Onları silahla belə dayandırmaq mümkün olmayacaq”

onlari-silahla-bele-dayandirmaq-mumkun-olmayacaq
Oxunma sayı: 3760


“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

Oxucu Aygün Yusibova- Mərkəzi Bankın son qərarı vətəndaşların ciddi narahatçılığına səbəb olub.  Siz son açıqlamanızda Mərkəzi Bankın qərarına birmənalı haqq qazandırdınız. Zəhmət olmasa, bunu əsaslandıra bilərsizinizmi? Banklarda əmanətləri olan vətəndaşlar hazırda bundan çox narahatdırlar.  Bu barədə nə dyə bilərsiniz?

Zahid Oruc: Dollar ajiotajını aradan qaldırmaq üçün məhz kəskin devalvasiyaya gedilməli idi. Bunun əksi manatı rublun vəziyyətinə salacaqdı və dövlət ehtiyatlarını xərcləyib qurtarandan sonra mühüm iqtisadi tənzimləmə vasitələrdən məhrum olacaqdı.Ona görə düzgün qərar qəbul edilib və maliyyə sabiltiyinin təminatı naminə yeganə vasitəyəəl atılıb. Bunun xalqın xeyrinə olduğunu cəmi bir aydan sonra hər kəs görəcək. Ona görə də süni gərginliyə heç bir ehtiyac yoxdur.

Oxucu Aygun Yusibova: Tutaq ki, vətəndaşın bankda 1000 manat əmanəti var, bunun taleyi necə olacaq?

Zahid Oruc: Əmanəti manatla olan insan avtomatik olaraq öz vəsaitini 33.5 faiz dəyərini itirmiş saymaqda yanlışlığa yol verir. Manatın dollara nisbətən kursunun düşməsi avtomatik olaraq həmin nisbətdə manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi demək deyil.

Oxucu Aygün Yusibova: Bu fikrinizi necə əsaslandıra bilərsiniz? Çünki banklarda dollarla krediti olanlar daha çox ödəməli olacaqlar, manatla olan əmanətlərdə isə bəs necə olacaq?

Zahid Oruc:  Əgər siz əmanətinizi gedib sabah götürürsünüzsə və ölkədə qiymətdə heç bir dəyişiklik olmasaydı, onda siz heç nə itirmiş olmayacaqdınız. Əgər müxtəlif məqsədlə təzədən pulunuzu xarici valyutaya çevirmək istəyirdinizsə, yalnız bu halda qarşınızda yeni məzənnəni görəcəkdiniz.  Qiymətlər tutalım, 10 faiz və ya 40 faiz bahalaşardısa,onda manatınız o qədər də dəyərini itirmişdir, demək! Yəni devalvasiya faizini avtomatik götürüb sizin pulun üstündən çıxmaq düzgün deyil. Bu dünyada hesablamanın son dərəcə adi qaydasıdır.  Bir çoxlarına elə gəlir ki,sizin dediyiniz 10 min manatlıq əmanəti bankda olanın pulu yeni kursa görə təxminən 6700 manata bərabər olub. Onlar səhv edirlər.

Oxucu Aygün Yusibova: Bəs vətəndaşın pulu dollarla idisə onda necə?

Zahid Oruc: Xeyr, elə deyil. Sizin itirdiyiniz dolların nə qədər artması ilə deyil, qiymətlərlə müəyyənləşəcək. Baxın dollarla əmanət qoyanlar, məsələn 10000 dollar sahibləri deyir:onlar “qazanıblar”. Deyə bilərsinizmi ki, onların pulu üzrərinə gələn vəsait haradan peyda olub?

Oxucu Aygün Yusibova: Məgər bu, dolların kursunun qalxması ilə bağlı deyil?

Zahid Oruc: Baxın, məlum qərardan sonra manatla vəsaiti istər evdə, istərsə də bankda olanlar özlərini kasıblaşmış sayır. Lakin dollarla hər iki yerdə pulu olanlar qazanılan vəsaitin onlara haradan gəldiyini demirlər.

Oxucu Yalçın Salayev:  Mən bankdan dollar götürmüşəm və mal alıb manata satmışam. İndi həmin manat indiki kursla nədollar, nə də faizləri ödəmir.

 Zahid Oruc: Əslində isə, manat sahibləri heç nə itirməyiblər.

Oxucu Abdullayev Pərviz:  Əgər 10000 dollar 7860 manat idisə, bugün isə 10500 manat olub. Təxminən 2640 manat əvvəlki kursla fərq edir.

Zahid Oruc: Pərviz bəy, sizin dediyiniz doğrudur. Lakin əgər sizin 6 manatınız vardısa, MB-nin qərarı ilə 21 fevralda siz üçdə bir nisbətdə pul itirmədiniz. Məsələn, gedib gördünüz ki, qiymət bir məhsulda 15 faiz dəyişib, baxın o zaman sizin manatınız 15 faiz alıcılıq qabiliyyətini itirib.Əvvəla, indi qarşınızda panik qiymətlər dayanıb. Avtomatik olaraq hər kəs öz bildiyi və ya istədiyi artımı edib. Onları silahla belə dayandırmaq mümkün olmayacaq. Lakin bazar konyunkturası bunları tənzimləyəcək. Yəni alıcılıq qabiliyyəti bir az aşağı düşən kimi qiymətlər sabitləşəcək. Hər kəsin bankda pulu yoxdur. Mən misalla onu demək istədim ki,”mən udmuşam” deyənlərin qazandığı vəsait əslində başqasının itkiləridir. Yəni, bankda manatı olanların itirdikləri o deyil ki, 6 manat pul qoymuşdular manatla, dövlət onlara çıxarıb 4 manat verir. Bu adamların itirdikləri qazana bilmədikləridir.

Oxucu Yalçın Salayev: Bankda olan pulların itirilən hissəsi hansıdır bəs?

Zahid Oruc: O adamların evindəki 100 manat 67 manata çevrilməyib. Sadəcə 100 manatdır. ”Eh birdən dollar olsaydı, 33 manat irəli düşərdik” kimi fikirləşənlər qazana bilmədiklərini itki sayırlar. Halbuki ciblərində olan həmin 100 manatla gedib əvvəlki vaxtda olduğu kimi məsələn, kiloqramı 1 manata şəkər tozu alırsa, deməli son devalvasiyadan o adam heç itirməyib.Yox, şəkər tozu 20 faiz bahalışıbsa, onda həmin şəxsin itkisi bax sondakı 20 faizdir. Bu gün ən güclü arqument bilirsizmi nədir-hamı bazarlardakı vəziyyəti irləi sürüb deyir-qiymətlə məsələn, 1 faizdən ta 50 faizə qədər avtomatik qalxıb. Ona görə vətəndaş elə düşünür ki,onlar üçdə bir nisbətdə kasıblayıblar. Tamam yanlış qənaətdir.

 Oxucu Aygün Yusibova: Yəni əmanət manatla olduqda vətəndaş heç nə itirmir, sadəcə dollarlaşmadan yəni artımdan gələ biləcək payı uduzur. Kaş ki dollar ucuzlaşaydı…

Zahid Oruc: Baxın, Qazaxıstanda kəskin devalvasiya 20 faiz oldu-2008-ci ildə. Qiymət artımı 5 faizi aşmadı. Deməli, devalvasiya faizi avtomatik manatın alıcılıq qabiliyyətinin həmin faiz qədər aşağı düşməsi deyil. Bir azdan qiymələr sabitləşəndə görəcəksiniz ki,manat dollara nisbətən dəyərini itirsə də, yenə də həminki mövqeyinə yaxın bir səviyyəni qoruyub saxlayır. Ona görə manatınızın qədrini bilin.

Oxucu Ceyhun: Bəlkəəvvəldən manatın dəyərini süni şəkildə saxlamaq düzgün deyildi. Manatın dollara nisbətini birdən-birə bu çıxarmaq düzgündürmü?

Zahid Oruc:  Əgər qəfil baş verməyən artıma gedilməyib başqa yol seçilsəydi, Azərbaycanı Rusiyanın taleyi gözləyirdi. Baxın, Mərkəzi Bank 3 milyard manat rezervini xərcləyib, bazardakı dollar aclığını ödəməyə çalışırdı. Nəticə hamının-pensiyaçının beləəlində bankomatda dayanıb ala biləmədiyi bir vəziyyət idi. Artıq əmanətlərlə bağlı aydınlıq yarandı. İndi hər kəsi düşündürən budur-məsələn,əvvəldə bağlanmış müqavilə qiymətləri necə olsun, bəs iş icraçısı bazarda dəyişmiş qiymətlə həmin işi necə başa çatdırsın və sair. Bunun da cavabı var.

Oxucu Tale İbrahimov:  Hərbçi olduğuma görə, iqtisadiyyat dilində danışmayacam. Bir onu bilirəm ki, pis gündə yaşayan millətin vəziyyəti bir az da pisləşdi. Və getdikcə də hökumət milləti qıcıqlandırır…

 Zahid Oruc: Taleh bəy, bir azdan indi qeyri-müəyyənlik çəkilən kimi qafaları qarışdıran dollar kursu məsələsi tamam başqa müstəviyə keçəcək və görəcəksiniz ki, dövlət məhz insanları nəzərə alıb. İndi isə əksini düşünürsünüz. Axı dünyanın onlarla ölkəsi kəskin kurs siyasətinəəl atır.

İdxal olunan malların maya dəyərində yeni kurs hələ oturmamış qiymət artımı panik bir şəkildə gedib. Lakin bir azdan təbii seçim baş verəcək-hər şeyi tələb-təklif tənzimləyəcək. Hətta bazarda nə qədər monopolistlər olsa da. Bankların hər valyutada pulu var. Bunu onların nizamnamə kapitalının 30 milyondan artıq olması haqda məlum qərar tələb edir. Ona görə banklar hansı valyutada saxladıqları pulların və ya verdikləri kreditin hesabını dürüst aparmır. Tutaq ki, sərəncamlarında avronun kursundan 33 faiz qazandıqlarını deməyib, yalnız itkiləri haqda bar-bar bağırırlar. Elan ediblər guya hansısa bank manatla kredit verib və itirib. Nədə? Deyə bilərsinizmi, banklar müxtəlif adamlardan aldıqları depozitləri çevirib müxtəlif layihələrə xərcləyirsə, orada son qərarın itki və gəlirini obyektiv olaraq hesablayıb cəmiyyətə təqdim edərlərmi?

Oxucu Abdullayev Pərviz: Məsələn,  əvvəlcədən belə etmək mümkün deyildimi. Köhnə kurslarla müştəri banklara pullarını ödəsin. Əvəzində Mərkəzi Bank 3 milyard manat rezervini banklara kompensasiya ödəsin və kreditlərdəheç kim uduzmasın. Onsuz da Mərkəzi Bank bu pulu itirdi…

Zahid Oruc: Əgər ehtiyatlar həm də manat şəklində olubsa, məsələn Mərkəzi Bankın qalan ehtiyatı 12 milyard manat idi-onda belə çıxır ki, dövlət öz rezervində olan manatı da üçdə bir nisbətdə öldürüb, sonra dollardan daha çox manat əldə edib büdcə kəsirini doldurur? Məntiq yoxdur burada. Hazırda ölkədə daha çox epidemiya şəklində tüğyan edən şayiə, panika və "itirdik" duyğusudur. Mütləq keçəcək bunlar və Azərbaycan insanı görəcək-onun manatı yenə də güclüdür. Dollarla demək olar bərabər. Amerika və dünya valyutası ilə ekvivalent. Ona görə hamıya mane olan “Mərkəzi Bank səhv etdi” fikridir. İndi belə düşünün ki, Mərkəzi Bank düzgün qərar edib, bax onda suallara tam dürüst fikrə glə biləcəksiz. Ona görə də, indiki qiymət kükrəməsi və siqaretdən dərmana qədər hər şeydə 33 faizlik artım özünü sığortadır və mütləq keçəcək.