“Polşa Ukraynaya öz əsgərlərini göndərməyəcək, çünki onlara ölkəmizdə ehtiyac var”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə prezidenti Karol Navroçki “Wirtualna Polska” portalına verdiyi müsahibədə bildirib.
Prezident öz mövqeyinin dəyişmədiyini qeyd edib:
“Mən Polşa əsgərlərini Ukraynaya göndərməyəcəyəm. Biz hibrid müharibə vəziyyətindəyik və Polşa əsgərləri bu gün Polşada, sərhədimizdə lazımdır. Onlar hər gün Şimali Atlantika Alyansı (NATO) üçün çox vacib işlər görürlər”.
O həmçinin vurğulayıb ki, Ukrayna tərəfindən ərazi güzəştlərinin müzakirəsi yalnız Rusiya, Ukrayna və ABŞ arasında aparılmalıdır.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniya, Fransa, Estoniya və digər ölkələr döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya öz əsgərlərini göndərməyə hazır olduqlarını bəyan etmişdilər.
Son xəbərlər
Son Xəbərlər