Onların da efir vaxtı azaldıldı

onlarin-da-efir-vaxti-azaldildi
Oxunma sayı: 9983

ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq.

Bununla da “Elgizlə izlə” və “Səni axtarıram” verilişlərinin müddəti 2 saata yaxın azaldılıb. 

Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.

Xəbəri rus dilində oxuyun: Резко возросли тарифы на парковку в Зимнем парке

Qeyd edək ki, bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.