“Dominik Soboslay meydanın hər yerində təhlükə yarada bilən futbolçudur. Onun özünəməxsus oyun tərzi var”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Liverpul”la keçiriləcək qarşılaşmadan öncə baş tutan mətbuat konfransı zamanı söyləyib.
O, Mersisayd təmsilçisinin heyətindəki əsas oyunçulardan söz açıb:
“Florian Virts də ona bənzəyir. Bu tərəfdən isə Məhəmməd Salah. Onların çox cəlbedici heyətləri var. Bu komandaya qarşı oynamaq çox xoşdur. Əlbəttə ki, bütün oyunçularım müdafiə olunmağı bacarmalıdır. Onların ustalığını nəzərə alaraq, daha diqqətli olmalıdırlar. Hücum xəttindəki bütün oyunçuların ustalıq səviyyəsi yuxarıdır. Əvvəl də demişdim ki, bu cür komandalara qarşı öz oyunumuzu meydanda göstərməyə çalışmalıyıq ki, gələcək üçün öz potensialımızı bilək”.
Son xəbərlər
Son Xəbərlər