Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova xərçəng xəstəliyindən əziyyət çəkib.
Mərhumun 5 övladı var. O, 2002-2012-ci illərdə Kamran Balayevlə evli olub. K.Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini verməklə gündəmə gəlmişdi.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər