“Orada qoşunumuz yox idi, bundan sonra olacaq” - Putin

orada-qosunumuz-yox-idi-bundan-sonra-olacaq
Oxunma sayı: 4981

“Finlandiya NATO-ya üzv olmaqla Rusiya ilə ideal münasibətlərini məhv edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

“Bizim Finlandiya ilə ideal münasibətlərimiz var idi. Bir-birimizə qarşı nə ərazi, nə də digər sahələrdə iddialarımız var idi. Rusiya-Finlandiya sərhədində qoşunlarımız da yox idi, onları oradan geri çəkmişdik. Onlar bunu nəyə görə etdilər? Çox güman ki, hansısa “çətir” altında Qərb klubunun üzvü olmaq istədilər. Bu onların nəyinə lazımdır, anlamıram. Bizim orada qoşunumuz yox idi, bundan sonra olacaq”, - deyə Putin qeyd edib. 

Xatırladaq ki, Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub.