“Ordularımızın gücləndirilməsi səyləri digər ölkələr üçün təhlükə deyil”

ordularimizin-guclendirilmesi-seyleri-diger-olkeler-ucun-tehluke-deyil
Oxunma sayı: 784

“Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində səylər digər ölkələr üçün təhlükə deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşündə deyib. 

Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi istiqamətində işimizi davam etdiririk. Gördüyümüz işlərlə ordularımızdakı gündən-günə irəliləyişdən çox məmnunuq. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin Qafqaza sülh və əmin-amanlıq gətirmək üçün əlindən gələni etdiyini hər kəs görür. Ümidimiz bir an əvvəl sülhə, əmin-amanlığa qovuşaraq hər kəsin təhlükəsiz və rahat yaşayışını sürdürməsidir”.