Ötən il inflyasiya nə qədər olub?

oten-il-inflyasiya-ne-qeder-olub
Oxunma sayı: 438

2025-ci ildə orta illik inflyasiya 5.6% olub.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Sənədə əsasən, ötən il orta illik baza inflyasiyası isə 4.7% olub.

Bundan başqa, 2025-ci ildə cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya 5.2%, o cümlədən, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, qeyri-qida məhsulları üzrə 2.5%, ödənişli xidmətlər üzrə isə 5.7% təşkil edib.

Nuranə Daxilqızı