Ötən il yaşı 16-ya qədər olan 84 nəfər ana olub

oten-il-yasi-16-ya-qeder-olan-84-nefer-ana-olub
Oxunma sayı: 1249

Ötən il Azərbaycanda 9 476 körpə 20 yaşadək qadınlar tərəfindən doğulub.

“Qafqazinfo” xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycan Gəncləri” statistik məcmuəsində yer alıb.

Qeyd olunub ki, Azərbaycanda 84 körpəni 16 yaşa qədər qadın dünyaya gətirib: “Körpələrdən 341-ni 16 yaşda olan, 1 225-ni 17 yaşda olan, 2 972-sini 18 yaşda olan, 4 854-nü isə 19 yaşda olan qadın doğub”.