2025-ci ildə 13 subay şəxs övladlığa uşaq götürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost TV-də çıxışı zamanı məlumat verib.
O bildirib ki, ümumilikdə 818 uşaq övladlığa verilib. O cümlədən, subay şəxslər də övladlığa uşaq götürə bilər: “Bunun üçün müəyyən prosedurlar var. Həm himayədar ailə, həm də övladlığa uşaq götürmə ilə bağlı elektron sistem var. Vətəndaş bu sistemə müraciət edir, daha sonra qiymətləndirmə başlayır. Onlar təlimlərə cəlb olunur və imtahan verirlər. Bütün tələblərə cavab verən şəxs bu hüquqa sahib olur”.
Son xəbərlər
Son Xəbərlər