Özbəkistanda məhkəmə ölkə Prezidenti Şavkat Mirziyoyevi sosial şəbəkələrdə təhqir etməkdə təqsirləndirilən Omonbek Yusupov barəsində hökm çıxarıb.
“Qafqazinfo” Özbəkistan mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Şerxon” adı ilə tanınan həmin şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib.
O.Yusupov məhkəmədə iş üzrə özünü təqsirli bilib və əməlinə görə peşman olduğunu deyib.
Xatırladaq ki, Omonbek Yusupov 2023-cü ilin fevralında Qazaxıstanda olarkən “TikTok”da canlı yayımda Ş.Mirziyoyev və ümumilikdə ölkə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr səsləndirib. Sözügedən video qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.
İnsidentdən sonra həmin şəxs uzun müddət ölkə xaricində - ilk olaraq Türkiyədə, daha sonra isə Azərbaycanda olub. O bu ilin aprelində Azərbaycan ərazisində saxlanılıb və ölkəsinə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər