Özünü ölülüyə vuraraq xilas ola bilib - Video

ozunu-oluluye-vuraraq-xilas-ola-bilib
Oxunma sayı: 10580

Dünən axşam Moskvadakı “Crocus City Hall”da terror aktı zamanı yaralanan şəxslərdən biri yerli mediaya müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, yaralı halda xilas edilən qadın silahlı şəxslərin içəri daxil olduğu zaman yerə uzanaraq özünü ölülüyə vurduğunu deyib.

“Döşəməyə yıxıldım və özümü ölü kimi apardım. Yanımdakı qız öldürüldü”, - o deyib.

Bildirilir ki, qadın çoxsaylı yanıq xəsarətləri alıb.

Həmin görüntüləri təqdim edirik: