Pandemiyaya görə “Vağzalı”nı təqdim edə bilmirlər - Fotolar

pandemiyaya-gore-vagzalini-teqdim-ede-bilmirler
Oxunma sayı: 3725

Aktrisa Nərgiz Əliyeva “Vağzalı” adlı komediya filmində rol alıb. “Qafqazinfo” xəbər verir ki, ekran işinin çəkilişləri 2019-cu ildə baş tutsa da, hələ premyerası baş tutmayıb.

Belə ki, təqdimatı ötən ilin mayına planlaşdırılsa da, ölkədə tətbiq edilən sərt karantin rejiminə görə təxirə salınıb.

Şahin Qəhrəmanın rejissorluq etdiyi layihədə Nicat Rəhimov, İlkin Misgərli, Elcan Rəsulov, Elşən Hacıbabayev kimi tanınmış simalar yer alıb.

Filmdə baş qəhrəman olan N. Əliyeva obrazı barədə açıqlama verib: “Obrazımın adı Samirədir. O, qardaşı tərəfindən zorla başqa birisinə ərə verilən xanımdır. Samirənin isə öz sevdiyi şəxs var və qardaşı tərəfindən məcburi şəkildə evləndirilməsinə etiraz edir. Bununla da o, Bakıdan gələn musiqiçilərin avtomobilinə minərək yaşadığı bölgədən qaçır. Film barədə detallı məlumat vermək istəmirəm. Ümid edirəm ki, tezliklə pandemiyadan xilas olacağıq və rahat bir şəkildə “Vağzalı”ya kinoteatrlarda baxacağıq”.