Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması barədə qanun layihəsini təsdiq edib.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, 134 deputat qanun layihəsinin lehinə, 37 nəfər isə əleyhinə səs verib.
Daha 7 deputat isə bitərəf qalıb.
Bildirilib ki, ölkənin BCM-dən çıxması ilə bağlı proses təqribən 1 il vaxt tələb edəcək.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orbanın hökuməti sözügedən məsələ ilə bağlı qərarını cari ilin aprelin 3-də açıqlamışdı. Bu zaman hökumət BCM-in siyasi xarakter aldığını vurğulamışdı.