“Paşinyan Azərbaycanı dəstəklədiyim üçün məndən inciyir” - Lukaşenko

pasinyan-azerbaycani-desteklediyim-ucun-menden-inciyir
Oxunma sayı: 4846

“Ermənistan Avropa İttifaqı ilə təhlükəli oyunlara başlayıb. Onu (Nikol Paşinyanı - red.) orada sakitləşdirin, Ermənistanı məhv edəcək”.

“Qafqazinfo” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.

“O həm də Rusiyanı özünə qarşı qoyur. Balaca ərazisi ilə mühasirəyə alınıb. İndi Avropa Birliyi orada ona nəsə kömək etməyə başlayacaq. Bu səbəbdən onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz”.

Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa olan incikliyindən də danışıb:

“Azərbaycanı dəstəklədiyim üçün məndən inciyirlər. Mən həmişə sağlam düşüncənin, müharibə olmamasının tərəfdarı olmuşam ki, bir-birimizlə vuruşmayaq. Faktiki olaraq Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək ərazi mübahisəsinin sülh yolu ilə həllinə yardım etməyə çalışırdım. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq və investisiyalar təklif etdi. Əliyevin Ermənistanla döyüşmək məqsədi belə yox idi”.

“Baş verənlər Ermənistan rəhbərliyinin günahıdır. Yalnız onların günahı var”, - Belarus lideri vurğulayıb.