Paşinyan Azərbaycanın addımını “xoşməramlı jest” adlandırdı

pasinyan-azerbaycanin-addimini-xosmeramli-jest-adlandirdi
Oxunma sayı: 8254

Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında paylaşım edib.

“Humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest olaraq Azərbaycan tərəfi 32 erməni hərbi qulluqçusunu azad edir. Öz növbəsində Ermənistan tərəfi də 2 Azərbaycan hərbi qulluqçusunu azad edir”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, razılaşmaya əsasən hazırda Ermənistanın əsir kimi saxlanılan azərbaycanlı hərbçilər Bəbirov Aqşin və Axundov Hüseyn azad ediləcək.