Paşinyan istefa verdi - “Üzr istəyirəm...”+Video

pasinyan-istefa-verdi
Oxunma sayı: 10205

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasında elan edib.

Paşinyan bu addımı tezliklə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün atıb. O bildirib ki, seçkilərədək ölkənin baş naziri vəzifəsini icra edəcək:

“İnqilab mərhələsini yekunlaşdırıb yeni mərhələyə keçdiyimiz üçün həyəcan anıdır. 5 aylıq fəaliyyətimi yekunlaşdıraraq hər kəsə təşəkkürümü bildirir və kiminsə ümidini doğrultmadımsa, üzr istəyirəm”. 

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 10-da keçiriləcək.