Ermənistan Baş Naziri Nikol Paşinyan Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi üçün ölkə Prezidentinə vəsatət təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, “Sputnik Ermənistan”a açıqlama verən Baş Nazirin mətbuat katibi Mane Gevorgyan məlumatı təsdiqləyib.
Bir gün əvvəl isə Davtyan xüsusi tapşırıqlar üçün baş zabit təyin edilib.
Xatırladaq ki, Artak Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olub. Ötən ilin iyun ayında isə ölkədə tətbiq olunan karantin qaydalarına baxmayaraq oğluna toy keçirdiyi məlum olduqdan sonra istefa vermiş, onun yerinə Onik Qasparyan Baş Qərargah rəisi təyin edilmişdi.
Son xəbərlər
Son Xəbərlər