Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçmək istəyən kişini vurub.
Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər