Paşinyan Qarabağdan könüllü gedənlərə vətəndaşlıq verilməsini tezləşdirməyi tapşırıb

pasinyan-qarabagdan-konullu-gedenlere-vetendasliq-verilmesini-tezlesdirmeyi-tapsirib
Oxunma sayı: 2340

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsini mümkün qədər tez bir zamanda həll etməyi tapşırıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb. 

Onun sözlərinə görə, çox sayda erməni Ermənistan vətəndaşlığının alınması üçün müraciət edir.