Bu görüntüləri gündəm oldu - Video

bu-goruntuleri-gundem-oldu
Oxunma sayı: 497

İrəvanda keçirilən dövlət şam yeməyində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron, Ermənistan Baş naziri Nikol Paşinyan və Prezident Vahaqn Xaçaturyan birlikdə erməniəsilli fransız bəstəkar-müğənni Şarl Aznavurun klassik hiti “La Bohème”i səsləndiriblər.

Makron mikrofonu götürərək mahnını ifa edərkən, Paşinyan zərb alətləri ilə ona dəstək verib. Xaçaturyan isə piano qarşısında ifaya qoşulub.

Bu musiqi performansı sosial şəbəkələrdə paylaşılıb və böyük maraqla qarşılanıb.