Türkiyəli aktyor Ruhi Sarı atası Osman Sarının vəfatından sonra verdiyi qərarla diqqət çəkib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor dünən dünyasını dəyişən atasının dəfnindən sonra, həmin günün axşamı rol aldığı “Başka Sen Yok Ki” tamaşasının ləğv olunmasına icazə verməyərək səhnəyə çıxıb.
Ruhi Sarının bu addımı həm tamaşaçılar, həm də incəsənət ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sosial şəbəkələrdə “Əsl sənətkarlıq budur” və “Ağrısına baxmayaraq, pərdəni bağlamadı” kimi şərhlər paylaşılıb.
Son xəbərlər
Son Xəbərlər