“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

emeliyyati-yaxsi-kecib-qayidacagina-umid-edirik
Oxunma sayı: 672

“Turan Tovuz” Misli Premyer Liqasının 30-cu turunda səfərdə “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ümumilikdə ağır oyun oldu. “Qarabağ” matçın çox hissəsində təşəbbüsə yiyələnmişdi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda cəhdlərimiz oldu ki, vəziyyəti düzəldək. Amma alınmadı.

- Denis Marandiçi il yarımdır yoxdur. Onun sağlamlığı və aqibəti necə olacaq?

- Əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik.

- Çoxsaylı real qol epizodlarını qaçırmağınızın səbəbi nədir?

- Fikirləşirəm ki, həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, başqa cür olardı.

- İkinci yer uğrunda həlledici matç idi. Futbolçularda mübarizliyi, motivasiyanı hiss etdiniz?

- Ona görə dedim ki, həyəcan var idi. Nəzəri baxımdan şansın olması, bir az həyəcana səbəb oldu.