Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlu oyun zamanı epilepsiya tutması keçirib.
İlkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, Sumqayıt şəhər sakini olan H. Abdullah Mingəçevir Dövlət Universitetinin mühəndislik ixtisası üzrə ll kurs tələbəsi idi.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər