Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

poverbank-alovlandi-teyyare-tecili-enis-etdi
Oxunma sayı: 952

Hindistanda Dehlidən Çennaya uçan “IndiGo” aviaşirkətinə məxsus sərnişin təyyarəsində poverbankın alovlanması səbəbindən uçuşun istiqaməti dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, 6E 6115 reysinin yuxarı baqaj bölməsindəki poverbankdan tüstü qalxıb.

Kabin heyətinin müdaxiləsindən sonra pilotlar təyyarəni Heydərabaddakı Rajiv Qandi beynəlxalq hava limanına yönləndiriblər.

Təyyarə təhlükəsiz eniş edib. Sərnişinlərin və ekipaj üzvlərinin xəsarət almadığı bildirilib. Aviaşirkət sərnişinlərin Çennaya çatması üçün alternativ uçuş təşkil edib.