Pentaqon həmin xəbərlə bağlı açıqlama yaydı

pentaqon-hemin-xeberle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 1545

Pentaqonun sözçüsü ABŞ-yə məxsus F-35 qırıcısının İran üzərində döyüş tapşırığı yerinə yetirdikdən sonra Yaxın Şərq hava bazasına təcili eniş etdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pilotun vəziyyətinin stabil olduğu, insidentlə bağlı araşdırmalara başlanıldığı bildirilir.

ABŞ Müdafiə Nazirliyi rəsmi mətbuat şərhində, “ABŞ F-35 təyyarəsinin İran üzərində döyüş missiyasını yerinə yetirdikdən sonra ABŞ-nin regional aviabazasına təcili eniş etdiyi barədə xəbərlərdən məlumatlıdır. Təyyarə təhlükəsiz şəkildə eniş edib”, - deyib.

Qeyd edək ki, İranın rəsmi dövlət radiosu (VOI) İslam Respublikasının tarixdə ilk dəfə olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsini vurması haqda məlumat yayıb.