Pentaqon ukraynalı pilotların təlim müddətini açıqladı

pentaqon-ukraynali-pilotlarin-telim-muddetini-aciqladi
Oxunma sayı: 1490

Ukrayna Silahlı Qüvvələrinin pilotlarına F-16 qırıcılarını idarə etmək üçün təlim beş aydan doqquz aya qədər davam edəcək.​

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, vaxt pilotların özlərinin fərdi bacarıqlarından asılı olacaq.

Pentaqonun sözçüsü əlavə edib ki, ABŞ ordusunun Bavariyadakı Qrafenvuer hərbi bazasında Ukrayna Silahlı Qüvvələrinin təlimləri davam edir. Lakin o, təfərrüatlara varmayıb.