Peruda avtoqəza - 11 ölü, 40 yaralı + Video

Peruda avtoqəza
Oxunma sayı: 474

Perunun Arekipa əyalətində iki avtobusun toqquşması nəticəsində azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin “RPP” radiosu xəbər verib.

Radionun məlumatına görə, avtobuslar “Panamericana Sur” avtomaqistralında qəzaya uğrayıb. 11 nəfərdən altısı hadisə yerində, 5-i isə xəstəxanada həyatını itirib. Bundan əlavə, 40 nəfər müxtəlif bədən xəsarətləri ilə yerli xəstəxanalara çatdırılıb.

Hadisənin baş verməsinə ilkin səbəb kimi sürücülərin sürət həddini aşmaları göstərilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi