Poliklinika binasında çürümüş meyit tapıldı

poliklinika-binasinda-curumus-meyit-tapildi
Oxunma sayı: 3297

Cəlilabad rayonunda keçmiş diş poliklinikasının binasında meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.

Belə ki, fəaliyyət göstərməyən diş poliklinikasının 2-ci mərtəbəsində şəhər sakini 1976-cı il təvəllüdlü Cavid Səftər oğlu Əkbərovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.