Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.
“Qafqazinfo” E-huquq.az-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.
İclasda Polis Akademiyasının sabiq rəisinə vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, 1983-cü ildən daxili işlər orqanlarında çalışmış Nazim Əliyev 2011-2020-ci illərdə DİN-in Polis Akademiyasının rəisi vəzifəsində xidmət edib.