Polis Akademiyasının rəisi təqaüdə göndərildi

polis-akademiyasinin-reisi-teqaude-gonderildi
Oxunma sayı: 7729

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev vəzifəsindən azad olunub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.