Polis İmran Xanın evini mühasirəyə aldı

polis-imran-xanin-evini-muhasireye-aldi
Oxunma sayı: 4004

Pakistan polisi ölkənin keçmiş Baş naziri İmran Xanın evini mühasirəyə alıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Xanın etiraz aksiyaları keçirən insanlara sığınacaq verməsidir.

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar. İttihamlara görə, onlar ailəvi “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-u saxlanılıb və mayın 12-si girov müqabilində 2 həftəlik azadlığa buraxılıb.