Polisi döyüb formasını cırdılar – - Bakıda

polisi-doyub-formasini-cirdilar-
Oxunma sayı: 4401


“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əld etdiyi məlumata görə, saat 22:00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada baş verib. Hadisəni Masallı rayon sakinləri 1998-ci il təvəllüdlü Kərim Kərimov və 1996-ci il təvəllüdlü Elmin Hacıyev törədib.

Onlar xuliqanlıq zəminində Metropolitendə Polis Şöbəsinin baş serjantı 1975-ci il təvəllüdlü Tahiq Gözəl oğlu Mikayılovun alın nahiyəsinə yumruqla vurub, sonra isə xidməti geyim formasını cıraraq yararsız hala salıblar.

Hadisə baş verən zaman polis serjantı xidmətdə olmayıb.

Murad Əhməd