Polkovnik-leytenant həbs olundu - 4 ay əvvəl təqaüdə çıxmışdı

polkovnik-leytenant-hebs-olundu
Oxunma sayı: 38210

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Z. Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Polkovnik-leytenant 4 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.

***

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Gülməmmədov barəsində həbs qətimkan tədbiri seçilib. O, da xüsusilə külli miqdar təşkil edən siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə ittiham edilir.

Sail Ağasəlim