Layihənin kooordinatoru,tədqiqatçı – alim Nəsiman Yaqublu keçirilən tədbirlərlə bağlı bu məlumatları bildirib:
Bu layihəni həyata keçirməkdə başlıca məqsəd Qarabağ həqiqətləri və ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırım siyasəti eləcə də ərazi iddiaları ilə bağlı məlumatları Avropa ictimaiyyətinə catdırmaqdır.Bundan ötrü biz geniş bir layihəni reallaşdırmaq fikrindəyik.İlk öncə bu işi Şərqi Avropa ölkələrindən başlamağı qərara aldıq.Bildiyiniz kimi bu gün Polşa Avropada önəmli rol oynamağa və təsir imkanlarını genişləndirməyə çalışan ölkələrdən biridir.Biz ilk öncə Varşavada ciddi nüfuzu olan Vistula Universitetində tədbir kecirdik.Bu Universitetdə 5 mindən cox tələbə təhsil alır.Universitetdə yaratdığımız “Qarabağ guşəsi”nə Orada təhsil alan tələbələr böyük maraq gostərdi.Guşəmizdə 50-yə qədər Qarabağla əlaqədar sənədlər,kitablar və arxiv materialları nümayiş etdirilirdi.Buradakı tələbələrə ingilis,polyak və rus dillərində məlumat verilir, onların sualları cavablandırılırdı.Eyni zamanda biz 20-dən cox Qarabağla əlaqədar kitabın elektron versiyasını disklərdə tələbələrə payladıq.Qeyd edim ki bu elektron kitablar ingilis və rus dillərində hazırlanmışdı.Biz Vistula universitetinin kitabxanasına da Qarabağla bağlı coxlu kitablar verdik.
Digər tədbirimiz Varşava universitetində keçirildi.Buradakı tədbirimizdə əsasən tarix fakutəsinin tələbələri iştirak edirdi.Onlar üçün göstərilən sənədlər cox maraqlı idi.Tədbirlərimizi həmçinin Universitetlərin yataqxanalarında da davam etdirdik.Bunun nəticəsində çoxlu sayda tələbələrə Qarabağ haqqında məlumatlar verildi və elektron kitablar paylanıldı.Biz eyni zamanda Qarabağla bağlı ingilis və rus dilində olan kitabları və həmin kitabların elektron versiyalarını Varşava universiteinin,Tarix İnstitutunun,Milli kitabxananın arxivinə verdik və ümumi kataloqlarda yerləşdirdik.Yəni bundan sonra xarici ölkə tələbələri Qarabağla bağlı araşdırmalar apararkən və həmin ölkələrin media qurumları yazılar,verilişlər hazırlayarkən ermənilərin yox, bizim məlumatlarımızdan faydalanmaq imkanı əldə edəcəklər.
Bu sahədəki fəaliyyətimizi çalışıb digər ölkələrdə də davam edəcək.
Son xəbərlər
Son Xəbərlər